NATO-dan “Qarabağı Azərbaycana qaytar” tələbi

NATO-dan “Qarabağı Azərbaycana qaytar” tələbi
13:21 19 İyun 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

NATO Parlament Assambleyasının İrəvanda keçirilmiş 89-cu seminarında çexiyalı deputat Milana Sarapatki Ermənistana Qarabağı Azərbaycana qaytarmağın vaxtının çatması barədə xəbərdarlıq edib.

ANS PRESS-in məlumatına görə, çex deputat çıxışı zamanı bildirib ki, zaman Ermənistanın əleyhinə işləyir. O rəsmi İrəvana sualla müraciət edib: “Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?”. Çex deputat Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləcəyini bildirir.

Çex deputata cavab vermək üçün Ermənistan xarici işlər nazirinin müavini Aşot Avakimyan söz alıb. O iddia edib ki, yaranmış durum Qarabağ məsələsini ərazi bütövlüyü prinsipi əsasında həll etməyə imkan vermir. Avakimyan iddia edib ki, ərazilərinin qaytarılması məsələnin birtərəfli həllidir və Azərbaycan tərəfi də müəyyən güzəştlər təklif eləməlidir.

Əslində isə Azərbaycan tərəfi həmişə öz güzəştlərini təqdim edib - Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək muxtariyyət veriləcək, Qarabağ erməniləri özünüidarə hüququ qazanacaqlar. Amma nədənsə İrəvandakı siyasətçilər bunu qulaqardına vururlar. Bu isə münaqişənin müharibə yolu ilə həllini vacib edir. Bu məsələdə isə, Milana Sarapatkinin dediyi kimi, zaman Bakının xeyrinə dəyişir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR