İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Şamaxıda vətəndaşları qəbul edib - FOTO
15:12 19 İyun 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 15:09 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şamaxıda vətəndaşları qəbul edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal sahələrinin yaradılması, fermer təsərrüfatlarının inkişafı, suvenirlərin satışına dəstək göstərilməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

 

Qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra müraciәtlər yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük, heyvandarlıq, balıqçılıq, arıçılıq və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib. Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Ümumilikdə, qəbulda Qobustan, İsmayıllı, Şamaxı və digər rayonlardan olan vətəndaşlar iştirak edib.

 

Qeyd edək ki, Ş. Mustafayev tərəfindən indiyədək bölgələrdə 31 vətəndaş qəbulu keçirilmiş, qəbullarda 1700-dək vətəndaş müraciət edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR