“Kələkbaz” qastrolda

16:58 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı bu mövsümün son tamaşasını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, teatrda Lev Korsunskinin “Kələkbaz” komediyasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanovdur.
Rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Əzizova ifa ediblər.
Lənkəran Dövlət Dram Teatrı iyunun 20-dən bölgələrə yay qastroluna çıxır. İlk qastrol səfəri Ucar rayonuna olacaq. Rayon sakinləri S.M.Qənizadənin “Xor-xor” vodevilinə tamaşa etmək imkanı qazanacaqlar.
Teatr qastrol səfərini Hacıqabul, İsmayıllı, Şabran və qonşu Lerik rayonunda davam etdirəcək. Tamaşaçılara İlyas Əfəndiyevin “Qəribə oğlan”, Üzeyir bəy Hacıbəylinin hekayə, pamflet və felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” və Lev Korşunskinin “Kələkbaz” tamaşaları təqdim olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kelekbaz_qastrolda-865330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR