Rusiyalı gimnastlar: "Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik" - FOTO

Rusiyalı gimnastlar: "Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik" - FOTO
20:17 19 İyun 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

"I Avropa Oyunlarında qələbə qazandığımıza görə çox sevinirik".

Bunu Trend-ə Oyunlarda akrobatika gimnastikası üzrə qarışıq cütlüklərin yarışında qızıl medal qazanmış rusiyalı idmançılar Georgi Pataraya Marina Çernova deyib.

Onların sözlərinə görə, yarışların təşkilindən çox razıdırlar: "Hər şey çox gözəl təşkil edilib. Bizim üçün bu, Olimpiya Oyunlarına bərabərdir. Belə ki, akrobatika ilk dəfə olaraq belə iri yarışların proqramına daxil edilib. Bakı çox gözəl şəhərdir və buradan getmək istəmirik. Azərbaycan xalqı çox qonaqpərvərdir. İnanırıq ki, Azərbaycan gələcəkdə də belə iri yarışlar təşkil edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR