Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizdə olan xarici qonaqlar və yerli tamaşaçılar üçün Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını təqdim edəcək.
Teatrdan ANS PRESS-ə daxil olan məlumata görə, operada Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli rolunu isə xalq artisti Nəzakət Teymurova ifa edəcəklər.
Tamaşaya teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.