Rusiya ABŞ-ı ittiham edir: "Bu ultimatumdur" (VİDEO)

Rusiya ABŞ-ı ittiham edir: "Bu ultimatumdur" (VİDEO)
16:31 20 İyun 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ Rusiyanın daxili siyasi proseslərinə müdaxilə edir”. ANS TV-nin məlumatına görə, bu sözləri Rusiya lideri Vladimir Putin Sankt Peterburqda keçirilən iqtisadi forumda çıxışında səsləndirib.

Rusiya dövlət başçısı hesab edir ki, Ağ Ev bunu müxtəlif yollarla o cümlədən qeyri-hökümət sektorunu maliyyələşdirmək və beynəlxalq təhlükəsizlik sferasında öz mənafelərini güdən qərarlar çıxarmaqla həyata keçirir.

“Bu problemlə ilk dəfə üzləşdiyimiz vaxt da bunu qeyd etmişdim. Həmin vaxt bu dərhal bizim münasibətlərin soyumasına səbəb olmuşdu. Müstəvidə İraq problemi vardı. Yəqin ki, xatırlayarsız, belə bir şüar səslənmişdi; “Bizimlə birgə olmayan, bizə qarşıdır”. Məgər bu dialoqdur? Bu ultimatumdur. Heç kəs Rusiyayla ultimatum dilində danışmamalıdır” - deyə Putin bildirib.

Forumun panel müzakirələrində eyni zamanda İran nüvə problemi və Suriya münaqişəsinə də genş yer verilib. Rusiya lideri ABŞ-ı Tehranla müzakirələri pozitiv atmosferdə aparmağa çağırıb və Rusiya hökümətinin Bəşər Əsəd hökümətinə dəstək olması ilə bağlı mövqeyini müdafiə edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR