4 futbolçu yığmadan qovuldu

4 futbolçu yığmadan qovuldu
16:54 20 İyun 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

AFFA rəhbərliyi futbol üzrə 15 yaşlılardan ibarət milli komandada (U-15) çıxış edən dörd futbolçuya qarşı sərt tədbir görüb.

Apasport.az saytının məlumatına görə, həmin futbolçuların yaşı süni şəkildə azaldıldığından, yəni onlar “lipa” olduqlarından U-15-dən uzaqlaşdırılıb.

Bununla əlaqədar apasport.az saytına açıqlama verən AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu belə deyib: “AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə bu ay “lipa”lara qarşı komissiya yaradılıb. Komissiya öncə U-15-in üzvlərinin sənədlərini araşdırıb. Onların az qisminin bəzi sənədlərində neqativ hallar aşkarlanıb. Dərhal bu futbolçular komandadan kənarlaşdırılıb. Zərurət yaranarsa, həmin oyunçular müvafiq yaş qrupundan ibarət yığmaya cəlb olunacaqlar”.

Yığmadan uzaqlaşdırılanlar “Neftçi”, “İnter” və “Bakı” klublarının şərəfini qoruyurlar.

Nərimanoğlu bildirib ki, U-15-də “lipa”lar aşkarlansa da, hüquq-mühafizə orqanlarına müraciət olunmayıb. Komissiya araşdırmaları davam etdirir. İndi Premyer Liqa klublarının nəzdində fəaliyyət göstərən 15 yaşlılardan ibarət komandaların futbolçularının sənədləri yoxlanılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/12861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR