Ramazan ayında ən uzun və ən qısa oruc günləri

Ramazan ayında ən uzun və ən qısa oruc günləri
21:47 20 İyun 2015
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər bu ilin Ramazan ayında ən uzun və ən qısa oruc günlərinin olacağı ölkələri müəyyənləşdiriblər.

Milli.Az SalamNews-a istinadən bildirir ki, , araşdırmaların nəticələri bu Ramazanda ən uzun oruc gününün 21 saat 50 dəqiqə olmaqla, təxminən 1000 müsəlmanın yaşadığı İslandiyada, ən qısa oruc gününün isə doqquz saat olmaqla, Argentinada müşahidə ediləcəyini göstərir.

Bəzi ölkələrdə oruc gününün uzun olmasını nəzərə alaraq, az qisim islam alimləri orucun Məkkə vaxtı ilə tutulmasını təklif edib, lakin bu, əksər islam alimləri tərəfindən qəbul edilmir. Belə ki, müsəlman yaşadığı bölgənin vaxtı ilə ibadətlərini yerinə yetirməlidir.

Ən uzun oruc günlərinin olacağı ölkələr:

İslandiya: 21 saat 50 dəq

Norveç : 20 saat

Rusiya : 19 saat

Belçika : 18 saat

Ən qısa oruc günlərinin olacağı ölkələr

Argentina - 9 saat

Avstraliya - 10 saat

Cənubi Afrika - 10 saat 30 dəq

Braziliya - 11 saat
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR