Bir gündə eyni vaxtda 2 oxşar cinayət... (FOTO)

Bir gündə eyni vaxtda 2 oxşar cinayət... (FOTO)
10:56 21 İyun 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Amerikada bir gündə iki silahlı cinayət törədilib.

ANS PRESS-in məlumatına görə, Pensilvaniya ştatında naməlum şəxs piknikə toplaşmış insanlara nizamsız şəkildə atəş açıb.

Hadisə nəticəsində yeddi nəfər zərər çəkib. Atəşə məruz qalanlar arasında 2 və 10 yaşlarında iki uşaq da var. Onların ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir. Digər yaralılar 15-25 yaş arasındadır.



Miçiqan ştatında baş verən oxşar cinayət demək olar ki, Pensilvaniya ştatındakı ilə eyni saatda törədilib. Detroyt şəhərində naməlum şəxs basketbol meydançasında toplaşmış insanlara atəş açıb. Bir nəfərin öldüyü, doqquz nəfərin yaralandığı bildirilir.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR