Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə şəhid olan həyat yoldaşı Xalid bəyin fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Atalar Günü münasibətiylə onu təbrik edərək, bunları yazıb:

"Səni belə xatırlayıram. Allah qoymadı qocalasan, əllərinə, alnına, üzünə qırış düşə. Eşitdim ki, bu gün Atalar Günüdür. Bayramın mübarək, ata adından doymayan yarım".

Milli.Az

Aybəniz Haşımova: "Bayramın mübarək, ata adından doymayan yarım" - FOTO