[ 23 İyun 2015 13:04 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Əl-Cəzirə” telekanalının Türkiyə xidməti Bakıda keçirilən Avropa Oyunları ilə bağlı “10 fotoda Bakı və idman dolu küçələri” başlıqlı fotosessiya yerləşdirib.

APA-nın məlumatına görə, fotolarla bağlı verilən şərhlərdə bildirilir ki, hər bir idman növü üzrə yarışlarda tribunaları dolduran Azərbaycan xalqı bu sevgilərini küçələrə də daşıyıb.

Fotolarda “Alov Qüllələri”nin yanından keçən velosipedçilər, bütün avtobusların “Baku2015” loqosu ilə hərəkət etməsi, qədim İçərişəhər, Dənizkənarı Bulvar və digər yerlər təsvir olunub.