Bakı, 23 iyun, AZƏRTAC
Bakının “Neftçi” klubu braziliyalı futbolçu Ailton Fereyra Silvanı icarə əsasında heyətinə cəlb edib.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Braziliya A seriyasında mübarizə aparan “Fluminense” klubunda oynamış 20 yaşlı gənc müdafiəçi 1 il müddətinə icarəyə götürülüb.
İyunun 24-dən “Neftçi” ilə məşqlərə qatılacaq Ailton Fereyra Silva Bakı təmsilçisinin heyətində 6 nömrəli formada çıxış edəcək.