ABŞ dövlət katibi: “Avropa İttifaqı Rusiyadan enerji asılılığına soy qoymaq üçün tədbirlər görəcək”

11:02 22 Yanvar 2015
180 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:57 ]

Bakı – APA. Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini Rusiyadan enerji asılılığına son qoyulması üçün tədbirlər həyata keçirildiyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu F. Mogerini ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra ABŞ dövlət katibi Con Kerri deyib. “Problem bundadır ki, Rusiyadan enerji ehtiyatlarının nəqlinin yeganə yolu Ukraynadan keçir. Biz ətraflı planlar irəli sürdük və ali nümayəndə məni əmin etdi ki, Avropa enerji müstəqilliyinə nail olmaq üçün artıq bugündən fəaliyyət göstərir. Az asılılıq az zəiflik deməkdir və bu, həm Avropa həm də ABŞ üçün yaxşıdır”, - deyə o, söyləyib.

 

Xatırladaq ki, Avropa İttifaqının liderləri Avropa Komissiyasına Enerji İttifaqının yaradılması haqda 2015-ci ilin martına qədər qanun layihəsi təqdim etməyi tapşırıblar.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR