Ekologiya və təbii sərvətlər nazirinin Sabirabadda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

18:08 22 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun yanvarın 23-də Sabirabadda vətəndaşlar üçün nəzərdə tutulmuş qəbulu yanvarın 30-u tarixinə dəyişdirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbul Sabirabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbul zamanı Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri sakinlərinin şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ( telefonlar: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR