Azərbaycan, Bakı, 3 iyul /Trend/

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda bir məsələ - bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Müşahidə Şurasının qəbul etdiyi qərara əsasən, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixədək uzadılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az