"Tottenham Hotspur"un toqolu futbolçusu Emmanuel Adebayor islam dinini qəbul edib.
Goal.az saytının verdiyi xəbərə görə, 31 yaşlı hücumçu Toqoda bir neçə həmyerlisi ilə birlikdə şəhadət gətirərək müsəlman olub.
2012-ci ildə "Tottenham"ə transfer olunan Adebayor daha öncə "Metz", "Monaco", "Arsenal", "Manchester City" və "Real Madrid"in də formasını geyinib.
Qeyd edək ki, futbolçu xristian ailənin övladıdır. Bir sıra mətbu orqanlar Adebayorun islama gəlməsini ailəsi ilə yaşadığı ziddiyyətlərlə bağlayır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

