DSMF Salyanda regional “Açıq qapı” günü keçirib - FOTO

DSMF Salyanda regional “Açıq qapı” günü keçirib - FOTO
12:32 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:06 ]

Salyan. Əlibəy Zeynallı - APA. “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) Salyanda “Açıq qapı günü - Regional forum” keçirib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, forumda Salyan, Neftçala, Biləsuvar, Hacıqabul rayonlarından və Şirvan  şəhərindən olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

 

“Azərbaycanın müasir sosial sığorta-pensiya sistemi - pensiyanızı özünüz hesablayın” adlı forumda qeyd edildi ki, “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin elektron xidmətləri ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da reytinq göstəricisində Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəlilədiyi vurğulanıb. 

 

Regional forumda qeyd olunub ki, 2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 250 min sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,29% artıb. Bununla da Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyona yaxınlaşır.

 

Tədbirdə məlumat verilib ki, istənilən sığortaolunan həm DSMF-nin saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər. 

 

DSMF-nin şöbə müdirinin müavini Rüfət Oruclı diqqətə çatdırıb ki, hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan “Elektron hesabat” xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir.

 

Tədbirdə ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+” xidməti, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR