“Ərim harada, mən də orada”

“Ərim harada, mən də orada”
11:16 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Eurovision 2012” təmsilçimiz Səbinə Babayeva yaradıcılığına ara verməsinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinin qonağı olan sənətçi bunu həyat yoldaşının işi ilə əlaqələndirib:

“Eurovision”dan sonra ailə qurdum. Həyat yoldaşımla bir müddət Avropada yaşadıq. Ərim harada, mən də orada olmalıyam. Ona görə də, sənətə ara vermişdim. İndi qayıtmışıq, yeni mahnılarım, layihələrim var”.

Qeyd edək ki, Səbinə Babayeva 2012-ci il, sentyabrın 26-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin rejissoru Cavidan Şərifovla ailə həyatı qurub. C.Şərifov  eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision 2012” müsabiqəsi üçün hazırlanmış filmin rejissorudur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR