Bakıda baş verən yanğın nəticəsində bir nəfər ölüb

12:12 23 Yanvar 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 12:09 ]

Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib .

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhərinin Qaradağ rayonunda qeydə alınıb. İkimərtəbəli binanın zirzəmisində 1 ədəd döşək yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı yanmış kişi meyiti aşkar olunub.

 

Qaradağ rayon Polis İdarəsindən APA-ya bildirilib ki, yanaraq ölən şəxs tüfeyli həyat tərzi keçirirmiş. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR