Polis Gümrüdəki etiraz aksiyasının iştirakçılarını qorxudur

Polis Gümrüdəki etiraz aksiyasının iştirakçılarını qorxudur
13:23 23 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Artıq bir neçə gündür ki, Ermənistanın Gümrü şəhərinin sakinləri İstintaq Komitəsinin şöbəsinə çağırılırlar və ötən həftə keçirilən etiraz aksiyalarında iştirak edənlərdən izahat tələb olunur. Trend xəbər verir ki, bu barədə Tert.am “Joxovurd” qəzetinə istinadən xəbər verir.

İstintaq şöbəsinə çağırılan sakinlərdən biri qəzetə bildirib ki, müstəntiqlər şöbəyə çağırılanlara videolentdə yer alan görüntülərini göstərir və ardından izahat tələb etməyə başlayırlar.

Qəzet yazır: “Nəticədə xalq açıq şəkildə fikrini bəyan etməkdən və etiraz aksiyalarının təşkilindən qaçmağa başlayır. Toqquşmalardan sonra hamı kimin və niyə aqressivlik göstərməyə başladığını anlamağa çalışır. Çünki aydın idi ki, insanlar onlara münasibətdə güc tətbiqinə cavab verəcəklər. Ancaq hər şey onsuz da aydındır: toqquşmalar gələcəkdə insanları cinayət məsuliyyətinə cəlb ediləcəkləri ilə qorxutmaq üçün lazım idi”.

Qeyd edək ki, Ermənistanda yanvarın 12-də Gümrüdə baş vermiş silahlı insidentdən sonra gərgin vəziyyət yaranıb. 102-ci Rusiya Hərbi Bazasının yerləşdiyi Gümrüdə aralarında aldığı yaralardan keçən həftə vəfat edən altı aylıq uşağın da olduğu yeddi nəfərdən ibarət bir ailə qətlə yetirilib. Cinayəti törətməkdə rusiyalı hərbçi Valeri Permyakov şübhəli bilinir və o, artıq günahını etiraf edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR