Azərbaycanda xeyli silah-sursat tapılıb

13:47 23 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 13:41 ]


Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda xeyli miqdarda patron aşkar edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində nömrəsiz “Karabin” markalı silah, “TOZ-8” markalı tüfəng, qaz tapançası və 294 ədəd müxtəlif çaplı patron, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Horadiz şəhərində 2 ədəd “TOZ” markalı tüfəng, 2751 ədəd müxtəlif çaplı patron və 3 patron darağı aşkarlanıb. Bundan başaqa, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gülüstan qəsəbəsində “RPQ-18” markalı qumbaraatan və 1555 ədəd müxtəlif çaplı patron tapılıb.

 

Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Adil Quliyevdən ”Makarov” markalı tapança və 1 ədəd patron götürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR