Gəncədə bıçaqlanma hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Ordubadi küçəsində qeydə alınıb. Şəhər sakini, 1968-ci il təvəllüdlü Nofəl Qasımov ailə münaqişəsi zəminində boşandığı həyat yoldaşı, 1975-ci il təvəllüdlü Kamilə Kərimovanı bıçaqlayıb. Qarın nahiyəsindən bıçaq yarası alan qadın dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Milli.Az