Təhsil Nazirliyi yeni portal yaradıb

13:27 26 Dekabr 2014
66 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 13:25 ]

Bakı. Gülnar Bəşirova - APA. Təhsil Nazirliyi şagirdlərin və gənclərin sosial şəbəkələrə həddindən artıq maraq göstərdiyini nəzərə alaraq “İ - resurs“ portalı yaradıb. APA-nın məlumatına görə, bunu təhsli nazirinin müavini Ceyhun Bayramov deyib.

 

Nazir müavini bildirib ki, portalı müəyyən mənada "Təhsil Facebooku" adlandırmaq olar: “Həmin portalın imkanlarından istifadə edərək müəllimlər, valideynlər orada məhz təhsil məsələləri ilə bağlı qruplar formalaşdıra bilər. Həmin qruplarda müəllimlər şagirdlər üçün təhsillə bağlı müəyyən tapşırıqlar yazıb, bölüşə bilərlər. Eyni zamanda şagirdlərin nailiyyətləri də həmin portal vasitəsilə qiymətləndirilə bilər”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR