Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib
19:18 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
2014-cü ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib. Həmin vəsaitin 63,4 faizi dövlət bölməsinin payına düşüb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 9 milyard 654 milyon manat olub.
Bu dövr ərzində bank kreditləri 540,9 milyon manat, büdcə vəsaitləri 6 milyard 452,2 milyon manat, büdcədənkənar fondların vəsaitləri 324,6 milyon manat, əhalinin şəxsi vəsaitləri 566,9 milyon manat, digər vəsaitlər isə 77,2 milyon manata çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Daxili_menbelerden_esas_kapitala_yoneldilmis_vesaitin_hecmi_umumi_sermayenin_723_faizini_teskil_edib-827125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR