Türkiyədə matəm elanı

Türkiyədə matəm elanı
21:41 23 Yanvar 2015
284 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə bir günlük matəm elan olunub.

ANS PRESS-in məlumatına görə, matəm 90 yaşlı Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləzizin vəfatı ilə əlaqədardır.

Matəmlə əlaqədar bütün Türkiyədə bayraqlar yarıya qədər endiriləcək.

Yeri gəlmişkən Səudiyyə Ərəbistanında kralın ölümü ilə bağlı matəm elan olunmayıb və bayraqlar yarıya qədər endirilməyib. Kral ailəsi bunu vəhabi ənənəsi ilə izah edib.

Qeyd edək ki, Ər-Riyadın böyük məscidində Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib. Məsciddə dualar oxunduqdan sonra Kralın qızıl kəfənə bürünmüş cəsədi təcili yardım maşını ilə Al-Aud şəhər qəbiristanlığına aparılıb. Adət-ənənəyə uyğun olaraq, Kral tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR