Türk sənət musiqisinin divası hesab edilən Bülənt Ersoy bayram günlərində də özündən danışdırmağı bacarıb. Bayram günlərində Türkiyənin və Kiprin ən tanınmış məkanlarında səhnə alan müğənni geyimi ilə seçilib.

Daha doğrusu atdığı addımla. ANS PRESS-in məlumatına görə, Bülent Ersoy bayrama özəl hazırlatdığı geyimin parçasından heç kimdə olmaması üçün xərcdən çəkinməyib. O, iri gülləri olan parçadan nə az, nə çox düz 180 metr alıb. Bu parça üçün isə 50 min lirə (təqribən 25 min manat) ödəyib.

Dərzilərinin gecə gündüz işləməsi nəticəsində o bayram geyimini 10 günə tikdirə bilib.

Səhnəyə çıxan Ersoy donu ilə bağlı açıqlama verməyi də unutmayıb. "Bu parçanı çox bəyəndim. Məndən başqa heç kim geyinməsin deyə bütün parça topunu aldım".

Bayramöncəsi alış veriş üçün moda evlərindən birinə üz tutan sənətçi bir necə saat orada qalmışdı. Bu parçanı da məhz saatlarla apardığı yoxlamalarından və axtarışlarından sonra seçə bilib.
İfaçı moda evində olduğu müddətdə məkan heç kimə xidmət göstərməyi b.

Qeyd edək ki, tanınmış otellərin birində səhnə alan diva çıxışı boyu oturmuş formada olub. O, mahnılarını səhnəyə qoyulan yumşaq stulda oturaraq səsləndirib.

Müğənni geyimindən heç kimdə olmasın deyə qəribə addım atdı (FOTO)

B. Ərsoy adətən öz seçimləri ilə fərqlənməyi bacarır. Bundan öncə o səhnəyə toyuq dərisini xatırladan tüklü parçadan hazırlanan geyimdə və başqa fərqli paltarlarda da çıxıb.

Müğənni geyimindən heç kimdə olmasın deyə qəribə addım atdı (FOTO)
B.Ərsoy ötən il dövlət televiziyasının efirinə tüklü geyimdə çıxıb