[ 22 İyul 2015 19:12 ]


Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Qəbələdən olan aviareyslərin qiymətinin aşağı olması təbii haldır. Çünki o hava limanı regionda fəaliyyət göstərir”.

“APA-Economics” xəbər verir ki, bunu AZAL aviaşirkətinin direktoru Eldar Hacıyev deyib.

“Məqsədimiz odur ki, regionda daha çox uçuşların həyata keçirilməsinə şərait yaradaq. Bilirik ki, regionlarda fəaliyyət göstərən hava limanlarında uçuşlar həyata keçirilmir. Ancaq xaricdən gələn reyslər buradan istifadə edirlər”, - deyə o bildirib.