Bakı, 23 iyul, AZƏRTAC
İyulun 20-25-də Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 37-ci Kəmaliyyə beynəlxalq ekstremal idman növləri festivalı keçiriləcək.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) yeddi nəfərdən ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə festivalda iştirak etmək məqsədilə bu ölkəyə yola düşüb.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, festivalda idmançılar təbii qayalarda idman dırmanmasının müxtəlif növləri ilə yanaşı, hava idman növləri üzrə də bacarıqlarını nümayiş etdirəcəklər.
FAİREX-in xətti ilə çoxsaylı beynəlxalq idman tədbirlərində iştirak edən milli komandamız artıq öz bacarıqları ilə mütəmadi olaraq Azərbaycanın adını və bayrağını uğurla dalğalandırmaqdadırlar.