N.Nərimanov NQÇİ-nin istismar etdiyi estakadayanı meydança əsaslı təmir edildi

N.Nərimanov NQÇİ-nin istismar etdiyi estakadayanı meydança əsaslı təmir edildi
16:23 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 144 saylı estakadayanı meydançada əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.

Trend ARDNŞ-yə istinadən məlumat verir ki, “Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İB-nin sifarişi əsasında həyata keçirilən əsaslı təmir işləri çərçivəsində 32 ədəd möhkəmləndirici svay vurulub, 6 ədəd metal lövhə, 6 ədəd KMR tipli rigel və 24 ədəd PKP tipli dəmir-beton tava quraşdırılıb.

Meydançanın bu ilin sonunadək istismara təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, əsaslı təmir işlərinə 2014-cü ilin yanvar ayından başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2348050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR