Sığorta ödənişləri üzrə ən çox artım hava nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb

Sığorta ödənişləri üzrə ən çox artım hava nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb
20:03 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Ötən il sığorta ödənişləri üzrə ən çox artım hava nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AzərTAc-a verilən məlumata görə, bu növ sığorta üzrə ödəniş 158 dəfə artaraq 215 min manata çatıb. Ödənişin dinamikasına görə 2-ci yeri su nəqliyyat vasitələrinin sığortası tutub. Bu sığorta növü üzrə ödəniş 69 dəfə artaraq 94 min manata çatıb.
Hesabat dövründə sığorta növləri arasında ən ciddi azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığım 53,7 faiz azalaraq 939 min manata düşüb. Azalmanın dinamikasına görə 2-ci yeri işçilərin dələduzluğu sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 43,7 faiz azalaraq 567 min manat təşkil edib.
Sığorta yığımlarının məbləği əmlakın yanğından və digər risklərdən sığortasında 23,7 faiz azalaraq 36,4 milyon manat, kasko sığortada 33,5 faiz azalaraq 37,8 milyon manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sigorta_odenisleri_uzre_en_chox_artim_hava_neqliyyat_vasitelerinin_sigortasinda_qeyde_alinib-827351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR