Milli.Az show.az-a istinadən bildirir ki, müğənni Səidə Dadaşovanın ad günüdür. Saytımız adından müğənnini təbrik edir, ona can sağlığı və uğurlar arzu edirik. Müğənnidən ad günündə alınan özəl müsahibəni təqdim edirik:

- Yaşınızı gizlətmirsiniz ki?

- Xeyr, yaşımı gizlətmirəm. Niyə gizlədim? 36 yaşım tamam olur. Hətta Facebook hesabımda da ad günüm düzgün verilib.

- Sənətinizdə hansı yeniliklər olacaq?

- İnşallah, təzə xəbərlər olacaq, bu yaxınlarda klipim çəkilir. Anar adlı oğlanla duetim olacaq. Rusiyadan yeni gəlib. Ramalla da duetim olacaq. Duetlər çox olacaq.

- Bir qadın olaraq xoşbəxtsiz?

- Qadın kimi çox xoşbəxtəm. Yaxşı çevrəm, yaxşı dostlarım var. Diqqətcil dostlarım var. Arzu Abbasovaya da təşəkkürlərimi bildirirəm. Hamı bilir ki, mənim onunla iş birliyim var. 5 ildən artıqdı ki, mən onun mahnılarını oxuyuram. Bu xanım məni ayaqda saxladı. Mən çox tənbələm. Bu xanım mənə çox dəstək oldu. Demək olar ki, o məni bu sənətə yenidən qaytardı. O mənə dedi bu tənbəlliyi başından at. Artıq onunla 30-a yaxın mahnımız var. Bu yaxınlarda diskim də çıxdı. Həm dostuq, həm həmkarıq, həm gözəl arajemançıdır, həm də gözəl səs rejissorudur.

- Ailəlisiz və ya kimləsə münasibətiniz var?

- Münasibətdə olduğum heç kim yoxdur. Təkəm. Təkəm deyəndəki öz ailəm, anam, atam, qardaşlarım. Başımı aşağı salıb, öz işimlə məşğulam. Sənətim, özümlə məşğulam.

Milli.Az

Müğənni Səidə: "Təkəm, başımı aşağı salıb..." - FOTO
Müğənni Səidə: "Təkəm, başımı aşağı salıb..." - FOTO
Müğənni Səidə: "Təkəm, başımı aşağı salıb..." - FOTO
Müğənni Səidə: "Təkəm, başımı aşağı salıb..." - FOTO
Müğənni Səidə: "Təkəm, başımı aşağı salıb..." - FOTO