Bakıda şəxsi evdə yanğın olub.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 76 kv.m olan birmərtəbəli 5-otaqlı evin dam örüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az