Ordunun təlimində baş verən gülünc hadisə

Ordunun təlimində baş verən gülünc hadisə
15:51 6 Avqust 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiya ordusu ilə bağlı gülünc məlumatlar yayılıb. ANS PRESS-in məlumatına görə, genişmiqyaslı təlimlər zamanı əsgərlərin mərmisinin bitdiyi iddiaları ictimaiyyətdə geniş ajotaja səbəb olub.

İddiaya görə, təlimin ortasında əsgərlərin mərmiləri tükənib. Yüzlərlə əsgər ağızları ilə güllə səsi çıxararaq - "Bang, bang" edərək təlimə davam etməli olublar.

Hollandiya ordusunda yaşanan qalmaqal ordu daxili elektron yazışmalardan bəzilərinin "RTL Nieuws" kanalının əlinə keçməsi ilə üzə çıxıb.

Yazışmalarda qeyd edilir ki, əsl güllələr ölkədən xaricdə olan holland silahlı qüvvələri bölüklərinə göndərilib. Bundan sonra güllə ilə bağlı ölkə daxilində çatışmazlıq yaranıb.

Məhz buna görə də təlimdə olanlara "bang, bang" deyərək partlayış, güllə səsləri çıxararmaq göstərişi verilib.

Hollandiyanın Hərbi İttifaqı olan VNM-nin rhəhbəri Jean Debi təlimdə baş verənlərə görə əsgərlərin ruhi düşkünlük yaşadığını deyib.


Hollandiyalı əsgərlər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=357294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR