Zərif Suriyanı Ankarada müzakirə edəcək

Zərif Suriyanı Ankarada müzakirə edəcək
06:04 7 Avqust 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Türkiyənin paytaxtı Ankaraya bu gün baş tutacaq səfəri çərçivəsində bir sıra yüksək vəzifəli məmurla görüşlər keçirəcək. APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə İran XİN mətbuat xidmətindən bildirilib.  

 

“Səfər Məhəmməd Cavad Zərifin bölgə ölkələrinə turnesi çərçivəsində baş tutacaq. Səfər zamanı Suriyadakı böhran da daxil olmaqla bir sıra mühüm məsələlərin müzakirə olunacağı planlaşdırılıb”, deyə məlumatda qeyd edilir.  

 

İran XİN rəhbərinin həmçinin avqustun 12-də Livan və Beyruta səfəri nəzərdə tutulub. Yerli siyasətçilərlə İran nüvə proqramı üzrə əldə olunan razılaşmanın nəticələrinin müzakirə ediləcəyi planlaşdırılıb.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR