Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir

Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir
15:28 26 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Ermənistanda kiçik və orta bizneslə məşğul olan şəxslər hökumətin binası qarşısında etiraz aksiyası keçirirlər.

Trend-in Ermənistan mətbuatına istiandən verdiyi məlumata görə, aksiya iştirakçıları vergi qanunvericiliyindəki dəyişikliklərə etiraz edir, həmçinin fevralın 1-dən qüvvəyə minəcək “Dövriyyədən vergi haqqında” qanuna dəyişiklikləri boykot edirlər.

Aksiya iştirakçılarının qarşısına respublika hökumətinin Vətəndaşların qəbulu və ərizələrə baxılması idarəsinin rəisi Aleksandr Kazaryan çıxıb. O, Baş nazir Ovik Abramyanla görüşmək üçün 10 nəfərdən ibarət qrupun yaradılmasını təklif edib. Ancaq aksiya iştirakçıları vergi qanunvericiliyinə dəyişiklikləri ləğv etməyi tələb edirlər.

Qeyd edək ki, 2014-cü ilin noyabrında Ermənistan parlamenti "Dövriyyədən vergi haqqında" qanuna dəyişikliklərin layihəsini birinci oxunuşda qəbul edib. Həmin dəyişikliklərə əsasən, ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinə tətbiq edilən dövriyyədən verginin payı 3,5 faizdən bir faizə qədər azaldılacaq, ancaq sənəd dövriyyəsi məcburi şərt olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2357160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR