Ermənilər istefa üçün imza yığır

Ermənilər istefa üçün imza yığır
10:32 9 Avqust 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

İmzatoplama kompaniyası Gümrü və Vanadzora şəhərlərində də keçiriləcək.

Ermənistanda iyunun 19-dan başlayaraq elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirildikdən sonra qorxuya düşən Sarkisyan höküməti əhalini sakitəşdirmək üçün İctimai xidmətlərin nizama salınması üzrə Komissiyaya xüsusi tapşırıqlar verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, tapşırıqlar bundan ibarətdir ki, qiymətlərin nizama salınması ilə bağlı işlər sürətləndirilsin. Amma əhali komissiyanın işindən narazı olduğu üçün onun üzvülərinin istefasını tələb edir. 

Üç gün ərzində 1500-dən çox insan komissiya üzvülərinin istefası üçün yaradılan kampaniyaya qoşulub. 

Kampaniya təşkilatçılarından biri olan "Qalx, Ermənistan" hərakatının rəhbəri Andreas Qukasyan bildirib ki, imzatoplama Gümrü və Vanadzora şəhərlərində keçiriləcək. 

Bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. İyunun 23-də Baqramyan prospektindən Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb.

Saxlanılanlar arasında jurnalistlər də var. Bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınmışdı. Polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırıb. Saxlanılanlar arasında "Qala", "News" internet nəşrləri, "Azadlıq" radiosunun erməni bürosunun əməkdaşları var. "Epress.am" saytının bir kamerası qırılıb, o birisini isə polislər aparıb. Həbs və xasarət alanlar arasında tanınmış şəxslər də var. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/361759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR