İstanbul, 9 avqust, AZƏRTAC
İstanbulda tikilən 3-cü beynəlxalq hava limanına yeni metro xətti tikiləcək.
Anadolu Agentliyinin məlumatına görə, “3-cü Hava limanı – Gayrəttəpə” metro xəttinin tikintisi üçün 2016-cı ildə tender keçirilməsi nəzərdə tutulur. Bu xətt sərnişinlərin şəhərin bütün istiqamətlərindən 3-cü hava limanına hərəkətini rahatlaşdıracaq. Üçüncü hava limanının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Gayrəttəpə” stansiyası “Yenikapı-Hacıosman” metro xəttinə daxildir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul