Cavid Hüseynovun bibisi oğlu həbs edildi

Cavid Hüseynovun bibisi oğlu həbs edildi
19:57 9 Avqust 2015
270 Digər
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində tənqid etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb. 
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək."Qəbələ" klubu jurnalist Rasim Əliyevin ölümü ilə bağlı bəyanat yayıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR