10 gün əvvəl batan şəxsin meyiti tapıldı

10 gün əvvəl batan şəxsin meyiti tapıldı
10:16 10 Avqust 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 10 gün əvvəl dənizdə çimərkən batan şəxsin meyitini dünən batdığı ərazidən təxminən, 2 km aralıdan çıxarıblar.

ANS PRESS-in Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 30 iyul 2015-ci il tarixində Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində çimərkən batan 1995-ci il təvəllüdlü Vüqar Rövşən oğlu Paşayevin axtarışları başa çatıb.

V.Paşayevin cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, iki gün əvvəl də Lənkəranda da dəniz kənarında kişi meyiti tapılmışdı. Boğulan şəxsin keçmiş hərbiçi olduğu məlum olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR