Aygün Bülənt Ərsoyla duet oxuyacaq

Aygün Bülənt Ərsoyla duet oxuyacaq
16:46 26 Yanvar 2015
144 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aygün Mahmudova türkiyəli ifaçı Bülənt Ərsoyla duet oxuyacaq.

Axşam.az-ın məlumatına görə, o, bu haqda “Onlar” verilişinə açıqlamasında deyib. Sənətçi Türkiyə şou-biznesinə dəvət olunduğunu da söyləyib:

“Bülənt Ərsoyun sənətini çox sevirəm. Onunla duetimiz olacaqdı, amma səhhəti ilə bağlı gecikir. Hər an Türkiyə şou-biznesinə gedə bilərəm. Çünki dəvətlər çox olur. Bu gün getsəm, yenə də mənə yaşıl işıqdır. Çünki mən orada sevildim, qəbul edildim. Amma Türkiyədə yaşamaq çətindir. Gərək övladlarım, həyat yoldaşım yanımda olsun. Bu isə qeyri-mümkündür. Yoldaşım (rejissor Kənan M.M. – red.) işini atıb mənimlə necə getsin? Gedib-gəlmək isə alınmır, uşaqlar ortada qalır. Belə ailə olmur”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR