Xəzər TV rəhbərliyinin bacılarla bağlı yalanı ifşa edildi

Xəzər TV rəhbərliyinin bacılarla bağlı yalanı ifşa edildi
17:12 26 Yanvar 2015
341 Şou
Ölkə mətbuatı
A- A+

Canlı yayımda Azərbaycan manatını cıran bacılar Xəzər TV tərəfindən cəzalandırılmayıb.
 
Milli.Az xəbər verir ki, bu barədə Sevil-Sevinc bacılarının mətbuat katibi musavat.com-un əmakdaşına verdiyi açıqlamada deyib:
 
“Müğənni Sevinc Səfərovaya heç bir cəza verilmədi. Çünki televiziya rəhbərliyi anladı ki, xanım müğənni efirdəki səhv hərəkəti bilə-bilə etməyib. Biz gözləyirdik ki, Sevinc xanımın hərəkətinə görə Xəzər TV-nin rəhbərliyi onu efirdən uzaqlaşdıracaq, lakin şükürlər olsun ki, belə olmadı. Bu gənc bir xanımın səhvi idi, üzr istədi, məsələ də bununla bitdi, o, çox gəncdir, belə şeylər ola bilər. Bəlkə də, maaş cəzası veriləcək, ancaq bu barədə heç nə bilmirəm. Gördüyünüz kimi, xanımlar bu gün də canlı yayımda efirdə idilər və onlar öz işlərini qaydasında davam etdirirlər”.
 
Mətbuat katibi onu da bildirdi ki, xanım müğənni canlı yayımda etdiyi səhv hərəkətə görə hələ də özünə gələ bilməyib:
 
“Biz inana bilməzdik ki, məsələ bu qədər qabardıla bilər. Hər şey saytların bu barədə yazmasından sonra baş verdi. Təkcə televiziyanın rəhbərliyi deyil, yaxınları da Sevinc xanımı çox qınadı. Bu səbəbdən o, çox həssas bir duruma düşüb. Ona elə gəlir ki, bu millət, xalq onu heç vaxt bağışlamayacaq, hər zaman bu səhv hərəkəti onu izləyəcək. Lakin biz onu anlada bilmirik ki, hər bir insanın həyatında ciddi səhvləri ola bilər, yəni bu qədər dərinliyə varmaq olmaz”.
 
Sevil-Sevinc əkiz bacılarının mətbuat katibindən onların təhsili barəsində soruşduq. Cavab olaraq bizə bildirdi ki, xanımlar, sadəcə, Ə.Əzimadə adına Bakı Rəssamlıq məktəbinin məzunudurlar.
 
Qeyd edək ki, bu günlərdə Xəzər TV-nin canlı efirində bacılar “Borc ver” mahnısını ifa edərkən Azərbaycan manatını cırıblar. Bacıların bu hərəkəti mətbuatda, sosial şəbəkələrdə tənqidlə qarşılanaraq qalmaqala səbəb oldu. Xəzər TV baş verən hadisəyə görə üzr istəyərək aparıcı və rejissorun cəzalandırılıdığını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR