Azərbaycan filminin növbəti uğuru

Azərbaycan filminin növbəti uğuru
23:21 26 Yanvar 2015
128 Şou
Ölkə mətbuatı
A- A+

“Nabat” filminin növbəti uğurunu qazanıb.

Axşam.az-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filmi Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatına layiq görülüb.
 
AxşamMükafat C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub. Film festivalın əsas müsabiqə proqramında yer alıb.

"Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR