Bakı, 17 avqust, AZƏRTAC
Bakı Fond Birjası (BFB) listinq komitəsinin qərarı ilə "Premier Kredit BOKT" MMC-nin faizli, təminatsız, sənədsiz, adlı istiqrazları BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, ticarətə buraxılan qiymətli kağızların sayı 580 ədəd, qiymətli kağızın ilkin ticarət qiyməti 1000 ABŞ dollarıdır.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.