Dünyanın ən kriminal şəhərlərinin SİYAHISI

Dünyanın ən kriminal şəhərlərinin SİYAHISI
11:04 27 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın ictimai təhlükəsizlik və cinayət hüququ şurası dünyanın ən kriminal şəhərlərinin reytinqi siyahısını tərtib edib. Ümumilikdə siyahıda dünyanın 50 şəhəri yer alıb. Tədqiqatın nəticələrinə görə, Latın Amerikasında bütün dünya əhalisinin cəmi 8 faizinin yaşamasına baxmayaraq, qeydə alınmış bütün qətl hadisələrinin üçdə biri məhz bu regionun payına düşür. Narkotrafik, cinayətkar qruplaşmalar arasında baş verən toqquşmalar, siyasi qeyri-stabillik, korrupsiya və kasıbçılıq regionun kriminogen vəziyyətinə təsir edən əsas amillərdəndir.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, şuranın tərtib etdiyi siyahıya əhalisi 300 min nəfərdən artıq olan şəhərlər daxil edilib. Bundan başqa, reytinqdə hərbi əməliyyatların keçirildiyi ərazilərdəki ölüm halları, həmçinin müəyyən səbəblərə görə dəqiq məlumatlar əldə edilməsinin mümkün olmadığı şəhərlər nəzərə alınmayıb.

Siyahıya Hondurasın San-Pedro-Sula şəhəri başçılıq edir. Burada hər 100 min nəfərə 171,2 qətl hadisəsi düşür. Sonrakı iki yeri 115,98 qətl hadisəsi ilə Venesuelanın Karakas, 104,16 qətl hadisəsi ilə Meksikanın Akapulko şəhərləri tutur. İlk onluqda Braziliyanın Juan-Pessoa (79,41), Hondurasın Distrito Sentral (77,65), Braziliyanın Maseyo (72,91), Venesuelanın Valensiya (71,08), Braziliyanın Fortaleza (66,55), Kolumbiyanın Kali (65,25), Braziliyanın San-Luis (64,71) şəhərləri yer alır. Maraqlıdır ki, ən kriminal 20 şəhər sırasına Braziliyanın ümumilikdə 9 şəhəri daxildir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR