Sərbəst geyim tərzi ilə seçilən “TV8”-in rəhbəri, aparıcı-prodüser Acun İlıcalı bu dəfə də fərqli şəkildə obyektivlərə tuş gəlib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ötən gün böyük qardaşı Ömər Cenker İlıcalı və onun ailəsi ilə görüşüb nahar edən aparıcı soyuq havada yay başmaqları ilə görüntülənib. Acun bununla yoldan keçənləri çox təəccübləndirib.