Bakı, 24 avqust, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) bölgələrlə yanaşı, Xəzər dənizində də radiomonitorinq işləri aparıb.
DRİ-dən AZƏRTAC-a bildirilib ki, RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq "Radiomonitorinq" şöbəsinin mütəxəssisləri rayonda mütəmadi araşdırmaları davam etdirir. Mütəxəssislər Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində TV və FM proqramlarının yayım vəziyyətini araşdırıblar. DRİ, eyni zamanda, Xəzər dənizində də uyğun işlər aparıb. Xəzər dənizində bp və SOCAR-ın platformalarında qurulan radioelektron və peyk avadanlıqlarına baxış keçirilərək uyğunluq yoxlanılıb.