Məhkumun qardaşı və dostunun "corab əməliyyatı" - FOTO

Məhkumun qardaşı və dostunun "corab əməliyyatı" - FOTO
17:47 27 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Həbxsanaya məhkumun yanına gələn qardaşı və dostu “corab əməliyyatı” ilə özlərini çətin vəziyyətdə qoydular
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Emil Firdovsi oğlu Əlizadənin yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Etibar Seyran oğlu Bədəlovun və qardaşı, Cəlilabad rayon sakini Tunar Firdovsi oğlu Əlizadənin üzərinə baxış keçirilib.

Baxış zamanı vətəndaş E.Bədəlovun hər iki corabında gizlədilmiş, 2 ədəd bükülüdə xalis çəkisi 5,584 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 11,4 qram olan narkotik vasitə - həşiş qətranı, vətəndaş T.Əlizadənin hər iki corabında gizlədilmiş, 1 ədəd “Nokia”, 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Əlizadə Cinayət Məcəlləsinin 221.1,29; 120.2.2 və 66.3-cü maddələrinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR