Ankara, 4 sentyabr, AZƏRTAC
TÜRKSOY-un bir qrup əməkdaşı Türkiyənin mədəniyyət və turizm naziri Yalçın Topçu ilə görüşüb.
TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə TÜRKSOY-un fəaliyyətinin canlandırılmasının əhəmiyyəti, türk dünyasında mədəni əlaqələrin daha da genişləndirilməsi yollarının axtarılması və mədəniyyət sahəsinə dair digər məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara




