Sabah Azərbaycan paytaxtında havanın temperaturu 11 dərəcəyə yüksələcək

12:47 28 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 12:41 ]

Bakı. Könül Kamilqızı - APA. Yanvarın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava">hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR