Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun əsgəri həlak olub
15:32 4 Sentyabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun əsgəri silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Dadaş oğlu Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/366999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR